SON XƏBƏR

İran prezidenti Türkiyəyə səfər edəcək

Dekabr 18
15:55 2018
İran Prezidenti Həsən Ruhani dekabrın 19-da Türkiyəyə səfər edəcək.
 
NTV telekanalı xəbər verir ki, onu Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğan dəvət edib.
 
Məlumata görə, dövlət başçıları Türkiyə-İran 5-ci Ali Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılacaq. Tədbirdə iki dövlət arasında ticarət dövriyyəsinin 30 milyard dollar çatdırılmasının hədəf olaraq göstəriləcəyi bildirilib.
 
Səfər çərçivəsində prezidentlərin iştirakı ilə iqtisadi, mədəni və siyasi sahələr üzrə müqavilələrin imzalanacağı nəzərdə tutulub.
 
Səfər iki gün davam edəcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook