SON XƏBƏR

İran parlamentinin fövqəladə iclası çağırılıb

Noyabr 13
14:20 2017
Bu gün İran İslam Şurası Məclisinin (parlament) fövqəladə iclası çağırılıb. İran parlamentindən "AzərTAc”a bildiriblər ki, deputatlar dünən gecə saatlarında baş vermiş zəlzələnin törətdiyi dağıntıları, zərər çəkmiş vətəndaşlara yardım məsələlərini müzakirə edəcəklər.
 
Parlamentin iclası qapalı keçiriləcək.
 
Xatırladaq ki, dünən gecə İranın qərbində baş verən 7,6 bal gücündəki zəlzələ nəticəsində 200-dən çox insan ölüb, 2 mindən çox insan müxtəlif bədən xəsarəti alıb. Yaralananlar arasında ağır vəziyyətdə olanlar da var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook