İran parlamentində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub
Oktyabr 01
12:40
2020
"Dağlıq Qarabağ probleminin ən optimal yolu dialoqdur”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəz Əmuyi deyib.
Ə. Əmuyi qeyd edib ki, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının çərşənbə günü keçirilən iclasında bölgədə gedən son proseslər, o cümlədən Qarabağ bölgəsində davam edən hərbi əməliyyatlar müzakirə olunub.