SON XƏBƏR

İran parlamentində atışma olub: 7 nəfər həlak olub,12 nəfər yaralanıb- YENİLƏNİB

İyun 07
14:20 2017
Musavat.com Türkiyə mediasına istinadən ayətullah Xomeyninin türbəsinə hücum edənlərdən birinin qadın olduğunun təsdiqləndiyini bildirir. Başqa bir məlumata əsasən, terroçuların Məclisdə istifadə etdiyi silahlar Kalaşnikov avtomatları olub.
 
12:56
 
****
İran mediasının məlumatına görə, terrorçulardan ikisi ələ keçməmək üçün intihar ediblər. Onlardan biri zəhər içərək özünü öldürüb, digəri isə üstündəki bombanı partladıb.
 
12:38
 
****
Alınan son xəbərlərə görə, ölənlərin sayı 7 nəfərə çatıb. 4 nəfərin isə girov götürüldüyü bildrilir. Girovların Məclisin xidməti personalına aid olduğu söylənilir.
 
12:11
 
****
 
Son məlumatlara əsasən İran rəsmiləri terror hücumunun İŞİD tərəfindən törədildiyini bildirirlər. Parlamentin binasına və ayətullah Xomeyninin türbəsinə edilən hücumda 1 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı təsdiqlənib.
 
11:45
 
****
 
Son məlumatlara görə, terrorçuların 4 nəfər olduğu bildrilir. Hadisə zamanı 8 nəfərin yaralandığı xəbəri gəlib. Xomeyni türbəsinə hücum edən şəxsin canlı bomba olduğu bildirilir. Türbədəki atışmada da yaralılar var. 
 
Hazırda parlament ətrafına bütün giriş və çıxışlar qapadılıb.
 
10:58
 
****
 
Türkiyənin NTV kanalının verdiyi məlumata görə, hücum edənlər 3 nəfər olub. Bundan başqa, hücumu həyata keçirən şəxslərin artıq tutulduğu xəbərləri də gəlib. Atışma zamanı 1 nəfərin öldüyü bildirilir. Ölən şəxsin parlamentin mühafizəçilərindən biri olduğu söylənilir. Bundan başqa, terrorçular ayətullah Xomeyninin türbəsinə də atəş açıblar.
 
10:51
 
*****
 
İran parlamentində atışma olub.
 
Xarici xəbər agentliklərinin verdiyi  məlumata görə, hadisə nəticəsində ən az iki nəfər yaralanıb.
 
İran mediası, parlamentdə bir neçə nəfərin girov götürüldüyünü bildirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook