SON XƏBƏR

İran hərbçiləri Suriyada İŞİD-ə zərbə endirib: 65 ölü

İyun 21
10:34 2017
İran hərbçiləri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib.
 
Bu barədə "Press TV" telekanlı İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən xəbər verib.
 
Xəbərdə bildirilir ki, zərbə nəticəsində azı 65 terrorçu məhv edilib. İran hərbçilərinin Əl-Muhasan şəhərində İŞİD-in mövqeyinə endirdiyi zərbə nəticəsində 15 silahlı məhv edilib. Onlar arasında İŞİD başçılarından olan Səəd əl-Qosaibi də var.
 
Həmçinin bildirilir ki, daha 27 terrorçu Əl-Məyadin şəhərinə endirilmiş zərbələr nəticəsində öldürülüb. Öldürülənlər arasında Liviyadan olan 6 səhra komandiri də var. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook