SON XƏBƏR

İran Azərbaycana təşəkkür etdi

İyul 30
10:06 2019
"İranın Azərbaycandakı səfirliyi İran dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir".

Qlobal.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada vurğulanıb.  

"Bu humanitar addım, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.

İran İslam Respublikasının Səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır", deyə diplomatik nümayəndəlikən bildirilib.  
 
Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook