SON XƏBƏR

İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ABŞ-a xəbərdarlıq etdi

İyun 29
06:24 2017
"ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir”.

APA-nın məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirən Ə. Şəmxani deyib ki, Dəməşqə əsassız iddiaların irəli sürülməsi Vaşinqtonun terrorizmə qarşı mübarizədə ardıcıl uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: "ABŞ Suriya ordusunun yeni qələbələri ilə mübarizə aparmaq istəyir. Əgər ABŞ hökuməti öz iddialarında əmindirsə, onları araşdırmaq üçün sübutlarını Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinə təqdim etməlidir".

Ə. Şəmxani onu da əlavə edib ki, ABŞ-ın Suriya ordusunun hərbi bazasına zərbəsindən sonra İranla Rusiya məsələ ilə bağlı faktaraşdırıcı qrupun yaradılması təşəbbüsü ilə çıxış etsələr də, Vaşinqton buna mane olub. O, ABŞ-a bu kimi addımların pis nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook