SON XƏBƏR

İran ABŞ-ı növbəti dəfə hədələdi

Avqust 15
13:27 2017
İran prezidenti Həsən Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə nüvə sazişindən imtina edə biləcəklərini bildirib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Həsən Ruhani "Əgər ABŞ sanksiyaların tətbiqinə davam etsə, nüvə razılaşmasından imtina etməyimiz cəmi 1 neçə saat çəkər" deyib. 
 
Qeyd edək ki, İran parlamenti ötən günlərdə ballistik raket sınaqlarına 520 milyon dollar ayrılması barədə qərar qəbul edib. Bu qərarın ABŞ-ın sanksiya layihəsini cavab olduğu qeyd edilir. İran höküməti əvvəlcədən ABŞ-a cavab verəcəklərini bildirmişdi.
 
ABŞ hökümətinin qəbul etdiyi sanksiya layihəsi İranın raket sınaqlarına və nüvə layihəsinə görə qəbul edilib və bu ölkənin 18 qurum və ya şəxslərinə təsir göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook