SON XƏBƏR

İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb

May 24
14:51 2018
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları mayın 23-də beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
 
"Report" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Milli Polis Baş İdarəsinin kommunikasiya bölməsindən saxlanılan şəxsin 2017-ci ildə Azərbaycan ərazisində külli miqdarda ziyan vurmaqla dələduzluq edərək hüquq-mühafizə orqanlarından gizləndiyi bildirilib.
 
O, bundan sonra ölkəni tərk edib və beynəlxalq axtarışa verilib.
 
Hazırda saxlanılan şəxs müvəqqəti təcridxanaya yerləşdiriləcək. Ardından cinayətkar vətəninə ekstradisiya ediləcək. Azərbaycan Respublikası qanunlarına əsasən, dələduzluq edən şəxs 7 ilə qədər azadlıqdan məhrum oluna bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook