SON XƏBƏR

İnsanların ev nömrəsi Bakı Nəqliyyat Agentliyinin nəyinə lazımdır? - Açıqlama

Aprel 10
09:40 2019
Bakı Nəqliyyat Agentliyi şəhərin müxtəlif yerlərində keçirdiyi sorğular insanlarda narahatlıq yaradıb.
 
Bu barədə sorğuda iştirak edən şəxslər Qlobal.az-a məlumat veriblər.
 
Məlumata görə dünən axşam saatlarında Nərimanov metrosunda BNA-nın vəsiqəsini təqdim edərək şəxslərə yaxınlaşan gənclər könüllü olduqlarını və şəhər nəqliyyatında olan problemlərin aradan qaldırılması istiqamətində BNA-nın sorğusunu apardıqlarını qeyd ediblər. Sorğuya razılıq verən şəxslərə BNA-nın könüllülərinin verdiyi sual isə insanlarda şübhələr oyadıb. Belə ki, BNA-nın könüllüləri sorğuda iştirak edən şəxslərdən ad, soyad, ata adını, mobil telefon nömrələrini, harada yaşadıqlarını, mənzillərinin nömrələri ilə bağlı suallar ünvanlayıblar. Sorğuda iştirak edənlərə ev nömrələri barədə verilən sual isə insanlarda narahatlıq yaradıb.
 
Məlumat verən şəxslər onu da qeyd edir ki, BNA-nın könüllülərə verdiyi vəsiqələrdə şirkətin möhürü də olmayıb.
 
Məsələyə münasibət öyrənmək üçün BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.
 
M. Ağayev sorğunun şəhər nəqliyyatının optimallaşdırılması üçün aparıldığını, burada narahatedici məqamların olmadığını bildirdi. Şəhər nəqliyyatının inkişafı üçün insanların ev nömrələri mütləq lazımdırmı sualımızı isə xidmət rəhbəri cavabsız buraxdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook