SON XƏBƏR

"İnsanları şərləyirlər, bizneslərini ələ keçirmək istəyirlər" - Deputat

Noyabr 13
15:57 2019
Biz son iki ildə yeni iki Baş nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə etmişik. Heç şübhəsiz ki, burada bir məna var.

Qlobal.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib. 

"Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, yeni çağırışları qarşıya qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son bir ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik”, - deyə Z.Oruc əlavə edib.

Deputat qeyd edib ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. 

"Cənab prezident yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır.

Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook