SON XƏBƏR

İngiltərədə polis 3 şübhəlinin izinə düşdü

İyun 05
01:05 2017
İngiltərə terrorla mübarizə idarəsinin rəhbəri Mark Tovley paytaxt Londonda baş verən terror aktından danışıb.
 
Musavat.com-un məlumatına görə, o, 3 şübhəlinin izində olduqlarını açıqlayıb. Mark Tovley axtarışların davam etdiyini, indiyə qədər 12 nəfərin saxlanıldığını qeyd edib: "Şübhəlilər haqqında daha çox məlumat əldə etməyə çalışırıq və onların arxasında kimlərin dayandığını araşdırırıq. Hazırda terrorda yaralanan 36 nəfər xəstəxanadadır. Onlardan bəzilərinin vəziyyəti ağırdı, 21 nəfərin isə həyati təhlükəsi davam edir”.
 
Yaxın vaxtda şəhərdə təhlükəsizlik tədbirlərinin artırılacağını deyən Mark Tovley xalqdan təmkinli, lakin ayıq olmalarını istəyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook