SON XƏBƏR

İngiltərə iş adamları Qazaxıstanda və Azərbaycanda məmurlara rüşvət veriblər

Oktyabr 31
11:51 2019
Unaoil neft-qaz şirkətinin keçmiş işçiləri Cayrus Axsani və Saman Axsani özlərini Qazaxıstanda, Azərbaycanda və bir sıra digər ölkələrdə dövlət məmurlarına rüşvət verdiklərinə görə günahkar bildiklərini etiraf ediblər.

Virtualaz.org bildirir ki, bu barədə 31 oktyabrda "Reuters” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

İngiltərə vətəndaşlarının 20 aprel 2020-ci ildə mühakimə olunacaqları gözlənilir. Hər iki iş adamı Xarici Korrupsiya Qanununu (FCPA) pozmaqda şübhəli bilinir.

Qeyd olunur ki, avqust ayında, əvvəllər Unaoil-də biznesin inkişafı direktoru vəzifəsində çalışmış 50 yaşlı İngiltərə vətəndaşı Stiven Hunter də bu qanunu pozduğunu etiraf edib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Ansanilər Əlcəzair, Anqola, Azərbaycan, Konqo, İran, İraq, Qazaxıstan, Liviya və Suriyadakı hökumət rəsmilərinə 1999-cu ildən 2016-cı ilə qədər rüşvət verdiklərini boyunlarına alıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook