SON XƏBƏR

“İndi isə rədd olun”

Sentyabr 20
08:53 2017
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun isveçrəli həmkarı Didyer Burkhalterlə keçirdiyi görüş maraqlı anlarla yadda qalıb.

Axar.az xəbər verir ki, isveçrəli jurnalistlərdən biri Lavrova müraciət edərək həmkarı Burkhalterə nə arzu etdiyini soruşub. Rus nazir də öz növbəsində jurnalistə "Mətbuat konfransındayıqmı?” deyə sual verib.

Daha sonra Lavrov jurnalistə heç bir zaman "son" kəlməsini istifadə etməməyi məsləhət bilib:

"Hörmətli Burkhalterə nə istəyirsə, onu da arzu edirəm. Önəmli olan bizim insanlar üçün nə dilədiyimiz deyil, hər bir şəxsin özü üçün nə istədiyidir”.

Ardınca isveçrəli nazir "Möhtəşəm sözlər, tam rus tərzində” deyə cavab verib.

Bundan sonra Rusiya XİN rəhbəri jurnalistə tərəf çönərək gülümsəyib və "İndi isə rədd olun” deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook