SON XƏBƏR

"Independent": Tereza Meyə sui-qəsd hazırlanırdı

Dekabr 06
09:05 2017
Britaniyanın əks-kəşfiyyat xidməti "MI5"in rəhbəri Endryu Parker bildirib ki, təhlükəsizlik xidməti orqanları baş nazir Tereza Meyə qarşı sui-qəsd planının qarşısını alıblar.
 
"Report" xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Meyə qarşı sui-qəsd hazırlıq şübhəsi ilə Londonda və Birmingemdə ötən həftə keçirilən reyd zamanı iki nəfər saxlanılıb. Onlara terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb.
 
Qeyd edilir ki, sui-qəsdi "islamçılar" hazırlayıblar. Onların planı baş nazirin qərargahında bomba partlayışı, sonra isə bıçaqlı hücumdan ibarət olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook