SON XƏBƏR

Çində torpaq sürüşməsi nəticəsində 100 nəfər yerin altında qalıb

İyun 24
07:41 2017
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində azı 100 nəfər yerin altında qalıb.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi xəbərə görə, insident iyunun 24-ü, yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb.

Torpaq sürüşməsinin aramsız yağışlardan sonra baş verdiyi bildirilir. İlkin məlumata görə, 40 yaşayış evi torpaq altında qalıb. Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook