SON XƏBƏR

“İnci Group of Companies” MMC-nin əməkdaşı cəzalandırılıb - SƏBƏB

Sentyabr 15
17:16 2020
Azərbaycanda ofis və məktəb ləvazimatlarının satışını həyata keçirən "İnci Group of Companies” MMC-nin ticarət nişanı olan OYAL-a məxsus avtomobilin sürücüsü cəzalandırılıb.

Şirkətdən FED.az saytına verilən məlumata görə, "İnci Group of Companies” MMC-yə məxsus 99-JM-985 dövlət qeydiyyatlı "Ford Transit” avtomobilinin sürücüsünə şəxsi işinə əlavə edilməklə töhmət elan edilib.

Qeyd edək ki, "14 sentyabr tarixində axşam saatlarında OYAL-a məxsus 99-JM-985 dövlət qeydiyyatlı "Ford Transit” avtomobili Qovlar şəhərində avtovağzalının qarşısında düzgün park etməyərək əsas avtomobil yolunu bağlayıb. Nəticədə yolda böyük tıxac yaranıb.
Bu barədə sosial şəbəkə istifadəsçisi Mehman Məhərəmov öz profilində paylaşım etmişdi.

Şikayətçi bildirir ki, dünən axşam saatlarında OYAL ticarət brendinə məxsus 99-JM-985 dövlət qeydiyyatlı "Ford Transit” avtomobili Qovlar şəhərində avtovağzalının qarşısında düzgün park etməyərək əsas avtomobil yolunu bağlayıb. Nəticədə, yol birtərəfli və tıxac idi. Uzun siqnallardan sonra sahibi gəlib çıxdı və camaata çəmkirdi.Yüksək səviyyəli tərbiyəsini əyani göstərdi. Mən də şəklini çəkib göstərirəm ki, Tovuz yol polisləri bu xuliqanı tanısınlar və onun layiq olduğu mükafatını versinlər”.

Şikayətçi bu məsələ ilə bağlı polisə - 102 xidmətinə də məlumat verib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook