SON XƏBƏR

İnam Kərimova hollandiyalı məsləhətçi təyin olunub - FOTO

İyun 14
11:41 2018
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, nazir İnam Kərimovholland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.

Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.

Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.

Rusiya, Almaniya, Avstriyanın müxtəlif  bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook