SON XƏBƏR

İnam Kərimov: "Aqrar sahə yeni mərhələyə qədəm qoyub"

Sentyabr 24
11:51 2018
Ölkədə aqrar sahə yeni mərhələyə qədəm qoyub.

Bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ( DİMƏŞ) və BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə milli seminarında çıxışı zamanı Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub: "Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlərə nail olunması istiqamətində çalışır. Azərbaycanın ən böyük uğuru yoxsulluq səviyyəsinin azaldılmasıdır ".

İ.Kərimov əlavə edib ki, Azərbaycanda bu il toxumçuluq və heyvandarlıq sahəsində bir sıra layihələrin icrasını planlaşdırılır:"Aqrar sahədə məşğulluğun artırılması istiqamətində layihə həyata keçirməyi planlaşdırırıq. Qadınların məşğulluğun artırılması istiqamətində xüsusi bir proqram nəzərdə tutulur". 
 
(Report.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook