SON XƏBƏR

Çin ilk karqo kosmik gəmisini orbitə göndərir

Aprel 20
10:58 2017
Çin ilk karqo kosmik gəmisi olan "Tianzhou-1”i orbitə göndərir. Kosmik gəmini orbitə "Long March-7 Y2” daşıyıcı raketi aparacaq.
 
Çin KİV-ləri yazır ki, raket yerli vaxtla bu gün saat 19:41-də ölkənin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmik bazasından buraxılacaq. Orbitdə "Tiangong-2” kosmik laboratoriyası ilə birləşəcək "Tianzhou-1” 6 tondan yuxarı yük daşıya bilir.
 
Uzunluğu 10,6, diametri 3,35 metr olan karqo kosmik gəmisi orbitdə bir neçə eksperiment də aparacaq.(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook