SON XƏBƏR

İmişli sakini maraqlı maşın hazırladı - Video

Oktyabr 08
00:09 2016
İmişli rayon sakini Tofiq Əzimov minik avtomobilini yük maşınına çevirib.
 
Qlobal.az ARB TV-yə istinadən xəbər verir ki, o, bunun üçün "Qaz-24”, "Qaz-69” və digər avtomobillərin ehtiyat hissələrindən istifadə edib. 8 aya yeni görkəmdə başa gələn avtomobilin çəkisi 2 tondur. Elə çəkisi qədər də yük götürmə qabiliyyətinə malikdir.
 
Tofiq Əzimov deyir ki, bir müddət əvvəl də belə bir avtomobil hazırlayıb. Həmin maşından 10 il istifadə edə bilib. Lakin o, artıq istifadəyə yaramadığından yenisini düzəltmək qərarına gəlib. O, 2000 manat xərc çəkərək hazırladığı avtomobildən əsasən təsərrüfat işlərində faydalanır. Sürücü gələcəkdə bu avtomobildən də yaxşısını hazırlamaq niyyətindədir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook