SON XƏBƏR

İlin ən yaxşı gənc futbolçusu müəyyənləşdi

Oktyabr 23
16:32 2017
Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatının sahibi müəyyənləşib.
 
Qol.az-ın məlumatına görə, İtaliyanın "Tuttosport" nəşrinin Avropa jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe ilin ən yaxşı futbolçusu seçilib.
 
O, səsvermədə həmyerlisi Usman Dembele ("Barselona”) və braziliyalı Qabriel Xesusu ("Mançester Siti”) qabaqlayıb.
 
Qeyd edək ki, Mbappe ötən mövsüm "Monako”nun heyətində 44 rəsmi matça çıxıb və 26 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm 180 milyon avro qarşılığında PSJ-yə transfer olunan 18 yaşlı forvard Paris klubunda 11 görüşdə 4 qol, 4 məhsular ötürmə ilə fərqlənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook