SON XƏBƏR

İlhamə Quliyeva bu dəfə də yalan danişir?

Oktyabr 16
18:50 2015
Müğənni Bakı Şəhər Baş Polsi İdarəsini hədələdi:
 
"Bu, onlara böyük zərər vuracaq” Məlum olduğu kimi, bu günlərdə müğənni İlhamə Quliyeva mətbuata verdiyi açıqlamasında işdən qovduğu köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın dələduzluğu barədə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi surətdə müraciət etdiyini, olayla bağlı fakt və dəlilləri təqdim etdiyini, lakin polis əməkdaşlarının məsələyə biganə yanaşdığını bildirmişdi.
 
Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Abbas olayla bağlı musavat.com-a açıqlama verərək, müğənninin dediklərini təkzib edib: "Bakı Şəhər Baş Polsi İdarəsində nəinki İlhamə Quliyevanın, ümumiyyətlə, hər hansı bir xalq artistinin şikayət ərizəsi yoxdur. Tam əminliklə deyə bilərəm ki, İdarənin Təhqiqat Şöbəsinə belə bir ərizə daxil olmayıb”.
 
İlhamə Quliyeva bu rəsmi açıqlama ilə əlaqədar musavat.com-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını hədələyib: "Mənim bütün sənədlərim, o cümlədən də səs yazıları, saxta vəsiyyətnamə idarədədir. Yəqin onlar mənim şikayətimi qeydə almayıblar. Bu, onlara böyük zərər vuracaq. Çünki, Ramil Usubov da məsələdən agahdır, bilir hər şeyi... Prezdidentə, birinci xanıma, şəhər prokurorluğuna teleqram göndərmişəm. Bir sözlə, hamı xəbərdardır, hamı ayaq üstədir”.
 
Müğənni yaranmış qalmaqalla bağlı oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) geniş mətbuat konfransı keçirəcəyini də dedi: "Bütün jurnalistləri dəvət edirəm, gəlib hər şeyi orada aşkar edin”.
 
Qeyd edək ki, müğənni ölkə.az-a verdiyi müsahibəsində bildirmişdi ki, uzun illər yanında çalışan köməkçisi Mehriban Hüseynova onun adından saxta vəsiyyətnamə yazaraq, imza atdırıb, damarına zəhərli iynələr vurmaqla və psixotrop dərmanlar verməklə onu öldürmək istəyib: "O, evimi, əmlakımı, hər şeyimi öz əlinə keçirmək istəyən bir vəsiyyətnamə ilə tutulub. Mehriban məni zəhərləmək, damarıma zəhərli iynə vurdurmaq, huşumu dağıtmaq üçün psixotrop dərmanlar sifariş verib. Həmçinin evimdən külli-miqdarda zinyət əşyalarını oğurlayıb. Evimdə cürbəcür xoşagəlməz, biabırçı düyünlər, fal zir-zibilləri var. Guya bu karta baxandır. Bizdə onun səs yazmaları var. O səs yazmalarında məni öldürmək üçün dərmanlar istəyir. Evimdən də xeyli zəhərli dərmanlar tapılıb və polisə təhvil verilib. Dəfələrlə polis əməkdaşları gəlib, məndən izahat alıblar. Bildirdilər ki, guya onu həbs edib, Kürdəxanı həbsxanasına göndəriblər...”
 
Xatırladaq ki, bu yaxınlarda müğənni İlhamə Quliyeva Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığını desə də, adıçəkilən universitetdən bildirilmişdi ki, nə əyanbi də qiyabi şöbədə İlhamə Quliyeva adlı tələbə təhsil almır.
 
Müğənni isə bu təkzib açıqlamasından sonra musavat.com-a MDU-nun tələbəsi olması ilə bağlı yalan danışdığını etiraf etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook