SON XƏBƏR

İlham Əliyevlə Paşinyan ABŞ-da görüşəcək

Fevral 14
13:11 2019
Sabah Münhen Təhlükəsizlik Konfransında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş baş tutacaq

Bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, məhz bu danışıqlardan sonra Paşinyanla Əliyev arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər.

Qəzetin mənbəsi Rusiya və ABŞ-ın Qarabağın həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmədiyini bildirib.

Məmmədyarovla Mnatsakanyan arasında danışıqların bir neçə saat davam etməsi məsələsinə gəlincə isə mənbə bunun sadəcə Mnatsakanyanın xüsusilə ingiliscə uzun danışmağı sevməsi ilə əlaqələndirib.(axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook