SON XƏBƏR

İlham Əliyevin son çıxışı Ermənistanı silkələdi (VİDEO)

Yanvar 08
14:25 2021
Prezident İlham Əliyevin Ermənistanın xarici işlər nazirinin Qarabağa qanunsuz səfər etməsinə sərt reaksiya verməsi düşmən ölkədə şok effekt yaradıb. Əliyevin son çıxışı Ermənistanda "Artsax"la bağlı asta-asta yaranmaqda olan ümidləri də məhv edib. 

Ermənistan mediası Əliyevin son mesajlarını "Əliyev yenə Ermənistanı hədələdi", "Əliyev yenə Ermənistana yumruq silkələdi", "Əliyev yenidən əməliyyatlara başlamaq üçün bəhanə axtarır", "Əliyev Artsaxa səfərləri qadağan etdi" və s. kimi başlıqlarla təqdim etməyə başlayıb.  

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş iclasda Qarabağla bağlı mühüm mesajlar verərək, rəsmi Bakıdan xəbərsiz Qarabağa edilən səfərləri yolverilməz hal adlandırıb. Dövlət başçısı bu kontekstdə sülhməramlılara da iradını bildirib, onların Fransa deputatlarını Azərbaycanla razılaşdırılmadan bölgəyə buraxmasını xatırladıb və bundan sonra belə hallara yol verilməməsini tələb edib. Ayvazyanın səfərinə gəlincə, İ.Əliyev Ermənistanda yaxşı tanınan yumruğunu bir daha göstərib və 44 günlük rüsvayçılığı onların yadına salıb. Dəmir yumruğun öz yerində olduğunu vurğulayan dövlət başçısı belə təxribatların Ermənistanı yenidən 44 günlük qorxulu yuxuya qaytara biləcəyini xatırladıb.

Dövlət başçısı aydın şəkildə deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri istisna olmaqla bütün xarici vətəndaşların, o cümlədən Ermənistan vətəndaşlarının Qarabağa səfərləri Azərbaycanla razılaşdırılmalıdır və bu məsələdə güzəşt olmayacaq. Hətta belə hal təkrarlanarsa, Azərbaycanın necə reaksiya verəcəyini də ifadə edib. 

Müşahidəçilərin fikrincə, Prezident İlham Əliyevin son çıxışı Qarabağa qayıdan faşist təfəkkürlü ermənilər üçün bir xəbərdarlıqdır. Yəni Azərbaycan hec bir vəhclə öz tarixi torpaqlarında ikinci dəfə erməni dövlətinin yaranmasına imkan verməyəcək və belə cəhdlərinin qarşısını anındaca alacaq… 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook