SON XƏBƏR

“İlham Əliyevin Ermənistan hakimiyyətilə bağlı fikirləri çox keçmədən təsdiqini tapdı” – Ramin Əhmədov

İyul 08
13:58 2020
"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində rəsmi İrəvanın faşist mahiyyətinin ifşa olunduğunu bir daha önə çəkdi. Cənab Prezident bu həqiqətləri – Ermənistanın yeni hakimiyyətinin əvvəlki rejimdən fərqlənmədiyini, eyni ideologiyaya xidmət etdiklərini, faşist ideologiyasını dəstəklədiklərini hələ baş nazir Nikol Paşinyanın ölkəyə rəhbərlik etməyə başladığı ilk aylarda demişdi. Çox keçmədi ki, Ermənistan hakimiyyəti faşist ideologiyasına, faşist qəhrəmanlara sevgisini açıq şəkildə nümayiş etdirdi”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov deyib.
Ermənistandakı yeni hakimiyyətin faşizmi müdafiə etməsi barədə fikrirləri beynəlxalq tribunalarda ilk dəfə Prezident İlham Əliyevin səsləndirdiyini deyən Ramin Əhmədov bildirib ki, ölkə başçısının faktlara əsaslanan çıxışı qarşısında Paşinyan aciz qalır: "Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistan hakimiyyətinin faşizm ideologiyasını dəstəklədiyini Paşinyanın üzünə söylədi.
 
Paşinyanın Prezidentdə "cavabı” isə mövzunun mahiyyətinə uyğun olmadı və o, MDB dövlət başçılarının qarşısında biabırçı vəziyyətə düşdü. Ölkə başçısı həmin iclasda qeyd etdi ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin həyasız addımlarına dəfələrlə etirazı edib. Xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda faşist Njdeyə qoyulan heykəlin götürülməməsini sərt şəkildə tənqid etmişdi”. 

YAP rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanda Nikol Paşinyan diktaturası ilə Serj Sarkisyanın xunta rejimini müqayisə edərkən ifşaedici faktlar səsləndirib: "Prezidentin, "1998-ci ildən 2018-ci ilə qədər Ermənistana quldurlar rəhbərlik ediblər” fikrinin kökündə Azərbaycan xalqının canlı şahidi olduğu faktlar, yaşadığı bəlalar dayanır. Serj Sarkisyan-Seyran Ohanyan cütlüyünün Xocalı şəhərində, Birinci Dağlıq Qarabağ Müharibəsində törətdiyi vəhşiliklərə bütün dünya şahiddir. Həmçinin Nikol Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçmiş rejimin mövqeyini müdafiə etməsi, ədalətsizlik nümayiş etdirməsi rəsmi İrəvanın ideoloji xəttinin dəyişmədiyini bir daha ortaya qoyur. Bundan başqa, yeni hakimiyyətin öz xalqına, müxalif düşərgəyə qarşı sərgilədiyi aqressiv mövqe "demokrat” adı ilə hakimiyyətə gələn Nikol Paşinyanın əsl mahiyyətini ifşa edir”.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook