SON XƏBƏR

İlham Əliyevin Davosdakı görüşünə qatılan Samir Süleymanov kimdir?

Yanvar 24
09:00 2019
Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

Görüşdə Dünya Bankında yüksək vəzifə tutan azərbaycanlı Samir Süleymanov da iştirak edib.

Virtualaz.org məlumat üçün bildirir ki, S.Süleymanov 2016-cı ildə Dünya Bankının Strateji başçısı təyin olunub. O, daha əvvəl Dünya Bankı administrasiyasının Daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 42 yaşlı Samir Süleymanov 1996-cı ildən Dünya Bankında çalışır. Corctaun universitetinin məzunudur. 1993-cü ildə Vaşinqtona köçüb.

Evlidir, 3 övladı var.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook