SON XƏBƏR

İlham Əliyev yeni nazir təyin etdi - Yeni naziri siz də tanıyın (FOTO)

Oktyabr 12
17:39 2017
Azərbaycanın yeni energetika naziri təyin edilib.
 
Qlobal.az xəbər verir ki, prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
O, vəfat edən Natiq Əliyevi əvəzləyib.
 
Qlobal.az xatırladır ki, Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 
 


1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
 
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrınadək Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub. .
 
Ailəlidir, iki övladı var. 
 
Qeyd edək ki Pərviz Şahbazovun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook