SON XƏBƏR

İlham Əliyev strategiyasında Azərbaycançılıq ideologiyası siyasi-fəlsəfi məktəbdir

Aprel 07
14:03 2018
AMEA Fəlsəfə institutu. "Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor             Rəna Mirzəzadə

Ulu Öndər Heydər Əliyev İlham Əliyevin siyasi avtoportreti haqqında: "O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”

Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə rəsmiləşən azərbaycançılıq ideologiyası İlham Əliyev siyasətində etnik, ideoloji və siyasi-mənəvi standart oldu. Müasir Azərbaycanda  heç bir azərbaycanlı özünü heç bir xalqdan əksik bilmir. Milli qürur hissi sözdə deyil, həm də  işdə, əməldə özünü  göstərir. Bu Ulu Öndər Heydər Əliyevin qürurla söylədiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam” geniş siyasi fəlsəfəsində və cənab İlham Əliyevin "mən hər bir azərbaycanlının prezidentiyəm” strateji-məntiqi fikrində əks olunur.

 XXI əsrdə Prezident İlham Əliyev siyasətində azərbaycançılıq təşəkküldən təkamülə, formalaşmadan inkişafa yüksəldi, nəinki regionda, həm də qlobal səviyyədə tanıdılmağa başladı.

- İlham Əliyev strategiyasında azərbaycanın modernləşdirilməsi milli ictimai-siyasi dəyərlər sisteminin əsas tərkib hissəsi kimi xarakterizə olunur.

- İlham Əliyev modernləşmə xəttində sosial dövlət, balanlaşdırılmış xarici siyasət, sabitlik, dayanıqlı iqtisadi inkişaf və yeni təfəkkür tərzinin, yəni mədəni-mənəvi müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrı seçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların  formalaşdırılması azərbaycançılığın mühüm əlamətlərindəndir. Bu standartlar  və  varislik yolu ilə ta qədimdən müasir dövrədək gəlib çatmış, azərbayançılıq ideyasından əxz olunaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində bərqərar edilmişdir. Bu kontekstdə cənab İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyini də əks etdirir.

- İlham Əliyev milli kimlik,  yəni ənənəvi müsəlman ictimai-psixoloji mentalitet stereotipləri qayəsində həm də bəşəri dəyər kimi modern "multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri ilə tolerantliğa söykənən "Yeniləşən Azərbaycan modelini” dünyaya təqdim etdi, humanitar bir cəmiyyət formalaşdırdı.

- İlham Əliyev ixtisasca beynəlxalq münasibətlər üzrə peşakar mütəxəsis olduğu üçün də emprik-nəzəri mətndə azərbaycançılığa əks qüvvələrin, eləcə də islamafobiya mərkəzlərinin ölkədə təbliğ etmək istədikləri gizli məramlı qara bayraqlı dinçilik şüarlarını, müəyyən təşviğat planlarını dağıtdı.

-  İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili” elan olunmaqla, həm islam ölkələrini bir daha əməkdaşlığa, mənəvi-mədəni, həm də dünya dövlətlərini bəşəri mədəni-mənəvi dəyərlərin vəhdətinə səslədi.

- İlham Əliyev "İslam həmrəyliyi” ili konstektində Qərbin "İslam terrorist dindir” əsassiz reklamına qarşı çıxaraq, müsəlman Şərqində  "rəhbəri, başçısı, lideri ideologiyası dövləti olmayan” təşviqinə alternativ mükəmməl, lider+xalq=güclü Azərbaycan dövləti və onun nüfuzlu, sözü beynəlxalq tribunalardan qəbul edilən Prezident İlham Əliyev siyasi portretini təqdim etdi.

- İlham Əliyev dəyərlər sistemində dövlətçilik və dövlət quruculuğu öncül yerdədir və bu şəxsiyyət dəyərinin alilik göstəricisidir.

- Ulu Öndər Heydər Əliyev məktəbinin kamil yetirməsi İlham Əliyev zəkası, məntiqi, idrakı, milli mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı həm də vətənsevərliyi ilə  böyük nüfuza malikdir.

- İlham Əliyev bütün mədəni-mənəvi, intellektual-elmi, humanist və ümumbəşəri keyfiyyətlərinə görə, özündə azərbaycançılıq təlim-tərbiyəsinin nümunəvi obrazını yaratdığına görə, Azərbaycan cəmiyyətində özünə ümumxalq istəyi qazandırmış və Azərbaycan vətəndaşları İlham Əliyevi istəyərək etimad göstərir.

- İlham Əliyev XXI əsr dünya səviyyəsində tanınan və öz kreativ ziyalılığı və modernliyi ilə sayılıb-seçilən siyasətçi Lider-Rəhbərdir.

- İlham Əliyev xarizmatik Liderdir və belə şəxsiyyətlər bütün zamanlarda öz xalqını, ölkəsini, vətənini sevərək tanıdıb təqdim etməklə yaşadır, həm də xalqının özünəməxsus milliçilik ənənələri fəlsəfəsinə uyğun cəmiyyət həyatına novator dəyişikliklər və müasirlik bəxş edir.

- İlham Əliyev strategiyasında daxili və xarici siyasət, sosioiqtisadi inkişaf və azərbaycançılıq ideologiyası istiqamətində olan "İnkişaf məqsədimizdir” modeli özü də bir nümunəvi siyasi-fəlsəfi məktəbdir.

- İlham Əliyevin socio-ideoloji xəttində türkçülük Azərbaycan xalqının vacib mənşəyi, onun  türk etnosu qrupuna aidiyyəti və milli ictimai şüurdan qaynaqlanıb, və müasir türk dünyasının tərkib hissəsi kimi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin daşıyıcısı olaraq müdafiə edilməsidir.

- XXI əsrdə  İlham Əliyev türk dünyasının aparıcı siyasi liderlərindən biridir.

- Ilham Əliyev siyasi-mənəvi xəttində İslam-müsəlman dünyasına mənsubluq da Azərbaycanın həm etnik-mənəvi, mədəni-tarixi, ictimai- siyasi, coğrafi-ərazi, hüquqi-ideoloji  xüsusiyyətlərində əxz olunur. Müasir Azərbaycanın bir örnək müsəlman dövləti kimi inkişafı bunun nümunəsidir.

- "Neft kapitalını insan kapitalına çevirək” və "AMEA  intellektual elmi  bazamızdır” söyləyən Ölkə Başçısı Azərbaycan xalqının intellektual səviyyəsinin artması yönündə, onun müasir texnologiyalarla təmini, perspektivli  özünüifadə və özünütəsdiq  metodları  və vərdişlərinin  innovativləşməsi, gənc nəsilin də bu paradiqmalarda tərbiyə edilməsi Cənab İlham Əliyevin azərbaycançılıq ideyası məzmununda inkişaf istiqamətləridir.

- Azərbaycan Qafqaz regionunda və  dünya səviyyəli beynəlxalq qurumlarda söz sahibi və regionda inkişaf edən ölkə olaraq, onun da mövqeyi ilə razılaşılır, xarici siyasətdə də dünyadan  kənarda qalmadan təcrid olunmamış və Cənab İlham Əliyev balanslı qarşılıqlı münasibətlərə söykənən beynəlxalq siyasət yürüdür.

- İlham Əliyevin azərbaycançılıq kursunda ölkədə bərabərhüquqlu vətəndaş həmrəyliyinin qorunub saxlanılması, siyasi ictimai sabitliyin qorunması, əhalinin maddi rifah səviyyəsinin yaxşılaşdırılması prinsipləri özəl yer tutur və sosial yönümlüllük dövlətin əsas prioritet kursudur.

- Azərbaycançılıq ideologiyasının XXI əsrdə aktuallaşması, yeni məzmunda təkamülü Cənab İlham Əliyev siyasi xəttində onun çoxşaxəli inkişafı üçün  perspektivlər yaratmışdır.

- Azərbaycançılıq ideologiyasının təkamülündə Cənab İlham Əliyev siyasi  xəttinin spesifik paradiqmallığı və hərtərəfli inkişafı, milli ictimai-siyasi şüurun əsaslarının formalaşmasında bu yolun yüksəlişi müasir modern Azərbaycanın rəmzidir.

- İlham Əliyev müstəqil Azərbaycanın siyasi-ictimai tarixində praqmatik novator, qurucu-islahatçı, multikulturallığı və həmrəyliyi təmin edən, rasional və kreativ məntiqli, elitar davranışlı, milli mənsubiyyəti ənənəvilik və modernliklə təmsil edən XXI əsr Azərbaycanın "mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən Lideri və "heç vaxt Qarabağ müstəqil dövlət olmayacaq” fikrini hökmlə bəyan edən Ali Baş Komandan, həmçinin "Bizim üçün bir tarixi amil – azərbaycançılıq ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyev məktəbinin ən uğurlu və kamil yetirməsidir.

P.S. Cənab İlham Əliyev nurlu siması ilə, yerişi-duruşu, davranışı-əxlaqi, nümunəvi Ailəsi, diqqəti və tolerantlığı ilə, milli ziyalılığı, kreativ modernliyi ilə etimad etdiyimiz Liderimizdir!


Mən bir Genderşünas politoloq olaraq Azərbaycan Qadınına səslənirəm – Milli güvəncəmizə səs verək! İctimai siyasi sabitliyimizə səs verək!


 Yaşı 18-ə yetən gənclərimiz – "İnkişaf məqsədimizdir” söyləyən, Cənab İlham Əliyevə səs verək!


Bizlər Cənab İlham Əliyevə səs verək ki, səsimizlə Azərbaycanımızın sabahını qoruyaq!


Var olsun Azərbaycan, var olsun "İlhamla irəli” yolumuz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook