SON XƏBƏR

İlham Əliyev İsmayıllıda açılışlar etdi (FOTO)

İyul 29
15:45 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı Heydər Əliyevin abidəsini ziyarət edib.

Qlobal.az xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.

Prezident İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.

Bu gün həmçinin İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Prezident İlham Əliyev yolun açılışında iştirak edib. Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın da açılışı olub. Prezidenti açılışda iştirak edib.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook