SON XƏBƏR

İlham Əliyev: "Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”

Fevral 15
15:37 2018
"Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”.
 
APA-nın xəbərinə görə, bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təchizatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır.
 
"Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsini Azərbaycanın strateji məqsədlərindən biri olduğunu deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook