SON XƏBƏR

İlham Əliyev bu imtina ilə mühüm jest etdi – Duqindən sensasiya

May 05
11:26 2017
Azərbaycan artıq baş tutmuş dövlətdir. Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, indi bu münasibətlər yüksəliş dövrünü yaşayır. Bu, hələ zirvə də deyil, ona doğru bir hərəkətdir. Əlaqələrimiz ildən-ilə daha da yaxşılaşır. Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramından imtina etməklə çox güclü və mühüm bir jesti etdi. Mən onun Rusiya ilə yaxınlaşması yönündə aktiv səylərini görürəm.
 
Qlobal.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin deyib. O, "Novaya epoxa” portalına müsahibəsində bildirib ki, artıq ikitərəfli əlaqələrdə yeni səhifə açmaq zamanıdır və Kremlin Dağlıq Qarabağ nizamlanmasında, o sırada heç olmasa, Azərbaycanın 7 rayonundan 5-nin qaytarılmasında rolu həlledici mövzu olacaq.
 
"Biz praktik olaraq, buna yaxınlaşmışıq. Buna müvafiq şəkildə də transmilli ittifaqlar üçün əməkdaşlıq yolunda bütün əngəl və maneələr məhv ediləcək. Bu - Avrasiya İttifaqı şəklində də ola bilər, başqa təşəbbüslər formasında da”, - deyə o qeyd edib.
 
Duqin daha sonra deyib: "Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu başa düşmək çox vacibdir. Nə qədər ki, Rusiya Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, belə də qalacaq. Dağlıq Qarabağa kimin nəzarət etməsindən asılı olmayaraq, bu, çox prinsipial məsələdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantı Rusiyadır”.
 
Politoloqa görə, 5 rayon məsələsi "Lavrov planı”nın əsasını təşkil edir və ən yaxın gündəmin məsələsi kimi nəzərdən keçirilir. "Bizim qrupumuz da bu plana öz əlini qoyub. Şəxsən mən bu planı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə müzakirə etmişəm. Bu məsələ təkcə Qarabağla da bağlı deyil. Bu məsələ bu gün Rusiya-Azərbaycan-Ermənistan diplomatiyasında Türkiyə və İranla tam anlaşma layihəsi kimi durur. Bütün regional oyunçular bununla razıdır - Qərbdən başqa”, - deyə Kreml ideoloqu əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook