SON XƏBƏR

“İlham Əliyev Azərbaycanı hesablaşılası vacib olan gücə çevirdi“ - Əflatun Amaşov

Oktyabr 14
23:16 2018
Ötən 15 ilin dəyişən Azərbaycanı heyrət doğurur.
 
AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeydedib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti Azərbaycan dövlətinin varlıq, əbədilik təminatıdır:

"Bu, son dərəcə tarixi uğurdur. Mən bu uğuru dəyərləndirərkən ilk növbədə ulu öndər Heydər Əliyevin də müstəsna xidmətlərini yada salmağı zəruri sayıram. Hesab edirəm ki, Heydər Əliyev Azərbaycanın timsalında kifayət qədər mürəkkəb, müxtəlif qlobal güclərin maraq dairəsində olan Cənubi Qafqaz regionunun bir növ axarını dəyişdi. Bəlkə çoxları düşünə bilərdi ki, ölkəmizin 1991-ci il müstəqilliyi formal xarakter daşıyacaq, lakin Heydər Əliyev formallıq kimi görünən prosesi danılmaz reallıq halına gətirdi. Cənab İlham Əliyev isə Azərbaycanı hesablaşılası vacib olan gücə çevirdi. Bir dövlət başçısının adının tarixə keçməsi üçün bundan böyük xidmət ola bilməz”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev daxili və xarici siyasəti daim vəhdətdə tutan səriştəli lider kimi də özünü təsdiqlədi:

"Onun hər xarici siyasət uğurunda daxildəki vətəndaş, vətəndaşın rifahı amili başlıca xətt olaraq özünü göstərdi. Bu baxımdan 15 ilin statistik rəqəmləri həqiqətən də heyrət doğurur. Ümumən ötən 15 ilin dəyişən Azərbaycanı heyrət doğurur. Elə bir sahə, elə bir istiqamət yoxdur ki, orada yüksək inkişaf olmasın, tərəqqi müşahidə edilməsin. Tarixdə intibah dövrü deyilən mərhələ var. Orta əslərin Avropasında və Azərbaycanında bu mərhələ fərqli əsrlərdə yaşanıb. İntibahı şərtləndirən xüsusiyyətlər var. Cənab İlham Əliyevin Prezidentliyinin ötən 15 ilini müasir dövr Azərbaycanının intibah dövrü kimi xarakterizə edərdim. Bu intibah dünyaya açılım idi. Bu intibah eyni zamanda dünyaya Azərbaycan mədəniyyətinin axınını doğurdu, ölkəmizə mədəniyyətlərin qovuşduğu məkan statusu qazandırdı”./Trend/
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook