SON XƏBƏR

İlham Əliyev Asiya dövlət başçılarının zirvə görüşündə iştirak edəcək

İyun 10
14:38 2019
Azərbaycan prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) dövlətlərinin başçılarının beşinci zirvə görüşündə iştirak edəcək. Sammit iyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Virtualaz.org "Asia-Plus” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tacikistan hökuməti yayıb.
"Düşənbə zirvə görüşündə iştirak etmək üçün Tacikistana 12 ölkənin prezidentləri gələcək. Bu ölkələr Çin, Rusiya, İran, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Banqladeş və Şri-Lankadır”, - məlumatda bildirilir. Agentliyin xəbərinə əsasən. CICA üzvü olan daha 15 ölkə baş nazir və xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqlar.

Sammitin işi ilə paralel olaraq, nümayəndə heyətlərinin rəhbərlərinin Tacikistan prezidenti Emoməli Rəhmonla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, CICA dövlət başçılarının beşinci zirvə görüşü iyunun 14-15-i tarixlərində Düşənbədə keçiriləcək. Bu beynəlxalq forum Asiyanın 90%-ni əhatə edən 27 ölkəni özündə birləşdirir və bu qitədə sülhün, təhlükəsizliyin və sabitliyin təminatı məqsədilə yaradılıb. Daha 8 dövlət və 5 beynəlxalq təşkilat, o cümlədən BMT CICA-da müşahidəçi statusuna malikdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook