SON XƏBƏR

İlahiyyatçı: “Peyğəmbərin sağlığında kiminsə özünü “hacı” adlandırması faktı yoxdur"

Sentyabr 09
13:23 2019
"Kiminsə özünü "hacı”, "kərbəlayi”, "məşədi” adlandırması natamamlıq kompleksinin nəticəsidir”.

Sfera.az-a açıqlamasında bu sözləri İslam dini ilə bağlı müqəddəs yerləri ziyarət edənlərin özlərini müxtəlif titullarla təqdim etmələrinə münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, İslam dinində kiminsə harasa getməsilə bağlı xüsusi bir adlandırma proseduru yoxdur və bu kimi hallar Peyğəmbərimizin sağlığında ümumiyyətlə olmayıb: "Peyğəmbərin sağlığında kiminsə özünü "hacı” adlandırması faktı yoxdur. Bu kimi titulların yaranması və yayılması Peyğəmbərin vəfatından sonraya təsadüf edir. "Quran”da olmayan bu kimi məsələlərin dinə heç bir aidiyyatı yoxdur. Ona görə də belə adlandırmaların doğruluq payı yoxdur. Bu məntiqlə kimsə Bodruma istirahətə gedib gəlirsə, qayıdanda onu "Bodrum filankəs” adlandırmalıyıq? Bu nə təfəkür və anlayışdır?"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook