SON XƏBƏR

İkinci güllə ssenarisinə çəkilən filmin təqdimat mərasimi keçiriləcək

Fevral 10
15:08 2017
2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Yeni nəfəs1” ssenari müsabiqəsi keçirlilmişdir. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak etmişdir.Münsiflər heyətinin qərarı ilə ssenari müsabiqəsinin qalibi Natiq Rəsulovun "İkinci güllə” ssenarisi seçilmişdir.Bu ssenari öz orjinal üslubu ilə bir çox prodüserlərin diqqətini cəlb etmişdir.Nəticədə "Nərimanfilm” kinostudiyyasının maliyə dəstəyi ilə "İkinci güllə” ssenarisinə film çəkilmişdir. Fevral ayının 17-də saat 18:00 da "Azərbaycan” kinoteatrında həmin filmin təqdimat mərasimi keçiriləcək.
 
Təqdimat mərasimi "Nərimanfilm” kinostudiyyasının, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinoteatrlarının təşkilatı dəstəyi ilə keçiriləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook