SON XƏBƏR

İki ölkəni müharibə astanasına gətirən kiçik ada (FOTOLAR)

May 24
17:53 2017
Miqinqo Keniyadakı Viktoriya gölündə yerləşən kiçik adadır.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 131 evin yerləşdiyi adada 1500 insan yaşayır və ərazi dünyada insanların ən sıx yaşadığı ada hesab olunur. 

Ada "Dəmir Hörgü" adı ilə tanınır. Bu ləqəbin verilməsinin səbəbi isə ərazidə yerləşən tənəkə evlərdir. Rəsmi olaraq Keniyaya aid olsa da, Uqanda höküməti də əraziyə iddialıdır və Mininqonun Uqandaya məxsus olduğunu bildirir. 

Belə kiçik yer üstündə yaşanan gərginliyin səbəbi isə adanın sahil ərazilərində balıq ovunun yüksək səviyyədə olmasıdır. Mininqoda yaşayan insanlar gün ərzində küllü miqdarda balıq ovlaya bilir və çox yaxşı pul qazanırlar.

Həmin adanın fotolarını təqdim edirik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook