SON XƏBƏR

III qrup əlildən Səlim Müslümova minnətdarlıq məktubu

Noyabr 08
17:01 2017
Qlobal.Az-ın elektron poçtuna Ağdam rayon sakini Əhmədov Ramin Məhəddin oğlu tərəfinindən təşəkkür məktubu daxil olub.
 
Məktubu olduğu kimi təqdim edirik:
 
" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova.
 
Surəti:Kütləvi İnformasiya Rəhbərlərinə.
 
Ağdam rayon Əfətli kənd sakini III qrup əlil Əhmədov Ramin Məhəddin oğlu tərəfindən Təşəkkür məktubu
 
Yazıb bildirmək istəyirəm ki, 16.10.2017-ci il tarixdə mənim kütləvi informsiya vasitələri ilə çox hörmətli Nazirimiz cənab Səlim Müslümova etmiş olduğum müraciətlərimdən sonra bizim ailə üzvülərimizə Ağdam Məşğulluq xidmətinin rəisi tərəfindən köməklik olunacağı bildirildi və bizimlə görüşüldü. Məşğulluq Mərkəzinin rəhbəri Elşən Rüstəmov söz verdi ki, bizim yoxsul ailə üzvülərimizin işlə təminatına Rayon Məşğulluq Mərkəzi olaraq öz köməkliklərini edəcəklər. Mən və ailə üzvlərim başda çox hörmətli nazirimiz Səlim Müslümov olmaqla bütün hakimiyyət rəhbərlərinə və bu müraciətlərimizi etməkdə bizim ailəmizə yaxından köməklik göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinə öz dərin minnətdarlığımızı bildiririk."
 
Qlobal.Az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook