SON XƏBƏR

İcraçı direktor: "Cənub Qaz Dəhlizi" IGB layihəsinin irəliləyişində əsas rol oynayır

Fevral 27
10:38 2017
"Cənub Qaz Dəhlizi" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin irəliləyişində əsas rol oynayır.
 
Bunu Trend-ə açıqlamasında layihənin operatoru olan ICBG AD şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
 
O qeyd edib ki, bu iki layihə bir-biri ilə qarşılıqlı əlaqəlidir: "Biz Bolqarıstan və Azərbaycan arasında sıx tərəfdaşlığa çox ümid edirik".
 
T.Georgiyeva bildirib ki, Azərbaycanın planına uyğun gəlmək və 2020-ci ildə Avropaya qaz tədarük etmək üçün 2018-ci ildə IGB-nin tikintisinə başlamaq lazımdır.
 
İcraçı direktorun sözlərinə görə, SOCAR-ın IGB-də müəyyən gücü özünə ayırması sübut edir ki, IGB "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində mühüm rol oynayan layihə kimi qəbul edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook