SON XƏBƏR

İcra hakimiyyətlərinə 40 milyon manat ayrıldı –Lift təsərrüfatları üçün

Fevral 05
23:31 2019
Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, sərəncamla Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı bu sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

Həmin çoxmənzilli binalar Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Abşeron, Bərdə, Goranboy, Salyan, Şəmkir və Tərtərdə yerləşir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook