SON XƏBƏR

İcra Hakimiyyəti başçılarından kimlər hərbi xidmətdə olmayıb? - SİYAHI

Sentyabr 17
02:36 2018
Sentyabr ayının 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində iştirak etdilər. 
 
Qeyd edək ki, həmin andiçmə mərasimində Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi hərbi xidmətə başladı. Dövlət başçısının oğlunun əsgər forması geyinərək hərbi xidmətə başlaması 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan Azərbaycan xalqı tərəfindən təqdir olunmaqdadır.
  
Qlobal.az mövzuya uyğun olaraq internet media üzərindən rayon İcra Hakimiyyətlərinin başçılarının hansılarının hərbi xidmətdə olub-olmaması ilə bağlı internet üzərindən araşdırma aparıb. 
  
Araşdırmanı təqdim edirik:
 
Aqil Nəzərli
 
1976-cı il doğumludur. 2016-cı ildən Laçın rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu illər yazılmasa da, ehtiyatda olan zabitdir. 
 
Asif Hüseynov
 
1981-ci il doğumludur. 2015-ci ildən Siyəzən rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur. 
 
Bayram Səfərov
 
1950-ci il doğumludur. 2009-cu ildən Şuşa rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur. 
 
Abdin Fərzəliyev 
 

1967-ci il doğumludur. 2005-ci ildən Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 
 
Niyazi Bayramov
 
1956-cı il doğumludur. 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Eldar Əzizov  
 
1957-ci il doğumludur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinidir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur. 
 
Eyvaz Hüseynov
 
1959-cu il doğumludur. 1992-ci ildən Xocavənd rayon İcra hakimiyyətinin başçısıdır. Qarabağ müharibəsi veteranıdır. 
 
Vidadi İsayev 
 
1959-cu il doğumludur. 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ziyəddin Əliyev
 
1963-cü il doğumludur. 2017-ci ildən Quba rayon İcra Hakimiyyətinin başçısıdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 
 
Rövşən Bağırov
 
1966-cı il doğumludur. 2007-ci ildən Lerik rayon İcra Hakimiyyətinin başçısıdır. Sovet ordusunda bölmə komandiri olub. 
 
Əhəd Abıyev
 
1958-ci il doğumludur. 2011-ci ildən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
 
Məmməd Məmmədov 
 
2018-ci ildən Tovuz rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Rəcəb Babaşov
 
2016-cı ildən Qazax rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ramiz Həsənov
 
1960-cı il doğumlu. 2011-ci ildən Zəngilan rayon İcra Hakimiyyətinə başçılıq edir. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 
 
Əziz Əzizov
 
1963-cü il doğumludur. Hazırda yasamal rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Taleh Qaraşov
 
1959-cu il doğumludur. 2012-ci ildən Lənkəran rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Şahin Məmmədov
 
1959-cu il doğumludur. 2005-ci ildən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
 
Vaqif Abdullayev

 
1956-cı il doğumludur. 2012-ci ildən beyləqan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Vaqif Həsənov
 
1959-cu il doğumludur. 2018-ci ildə Ağdam rayon İcra Hakimiyyətinə başçı təyin edilib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
 
Alı Alıyev
 
1955-ci il doğumludur. 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır.  1981-1983-cü illərdə hərbi xidmətdə olub.
 
Rafil Hüseynov
 
1953-cü il doğumlu. 2012-ci ildən Masallı rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Qəzənfər Ağayev
 
1961-ci il doğumludur. 2012-ci ildən Astara rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Malik İsaqov
 
1953-cü il doğumludur. 2001-ci ildən Qubadlı rayon İcra hakimiyyətinin başçısıdır. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.
 
Əhməd Muxtarov
 
1951-ci il doğumludur. 2006-cı ildən Hacıqabul rayon İcra hakimiyyətinin başçısıdır. 1972-1973-cü illərdə hərbi xidmətdə olub. 
 
Məhərrəm Quliyev
 
1968-ci il doğumludur. 2011-ci ildən Ağstafa rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Şair Alxasov
 
1958-ci il doğumludur. 2007-ci ildən Qusar rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Müstəqim Məmmədov
 
1969-cu il doğumludur. 2014-cü ildən Tərtər rayon İcra Hakimiyyətinin başçısıdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 
 
Mənsur Məmmədov
 
1965-ci il doğumludur. 2015-ci ildən Ucar rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ceyhun Cəfərov
 
1965-ci ild doğumludur. 2014-cü ildən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısıdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
 
Nizaməddin Quliyev
 
1954-cü il doğumludur. 2009-cu ildən Goranboy rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Səbuhi Abdullayev
 
1972-ci il doğumludur. 2010-cu ildən Qəbələ rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Eyvaz Qurbanov
 
1963-cü il doğumludur. 2011-ci ildən Oğuz rayon İcra Hakimiyətinin başçısıdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 
 
Zakir Fərəcov
 
1954-cü il doğumludur. 2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 
 
Alı Qocayev
 
1947-ci il doğumludur. 2012-ci ildən Samux rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Tofiq İbrahimov
 
1954-cü il doğumludur. 2012-ci ildən Ağdaş rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Mirdaməd Sadıqov
 
1950-ci il doğumludur. 2013-cü ildən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ənvər Seyidəliyev
 
1950-ci il doğumludur. 2007-ci ildən Ağsu rayon İcra Hakimiyyətinin başçısıdır.  1975-1976-cı illərdə hərbi xidmətdə olub. 
 
İslam Rzayev
 
1965-ci il doğumludur. 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Alimpaşa Məmmədov
 
2014-cü ildən Şəmkir rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Mahir Quliyev
 
1958-ci il doğumludur. 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 
 
Mərdan Camalov
 
1956-cı il doğumludur. 2005-ci ildən Şirvan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Sevindik Hətəmov
 
1963-cü il doğumludur. 2016-cı ildən Salyan rayon İcra Hakimiyyətinə başçılıq edir. 1986-1987-ci illərdə hərbi xidmətdə olub.

Kamal Həsənov
 

1957-ci il doğumludur. 2016-cı ildən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısıdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olub. 
 
Namiq Zeynalov
 
2018-ci ildən Cəlilabad rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Asif Ağayev
 
1961-ci il doğumludur. 2013-cü ildən Şamaxı rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ənvər Mustafayev
 
2018-ci ildən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Mehdi Səlimzadə
 
2016-cı ildən Göyçay rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Arif Qasımov
 
1965-ci il doğumludur. 2015-ci ildən Nizami rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Arif Seyidov
 
2006-cı ildən Göygöl rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Qoca Səmədov

 
1959-cu il doğumludur. 2011-ci ildən Yevlax rayon İcra hakimiyyətinə başçılıq edir. 1982-1984-cü illərdə hərbi xidmətdə olub.
 
Razim Məmmədov
 
1966-cı il doğumludur. 2006-cı ildən Xətai rayon İcra Hakimiyyətinin başçısıdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
 
Şəmsəddin Xanbabayev
 

1939-cu il doğumludur. 2004-cü ildən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Xəzər Aslanov
 
1970-ci il doğumludur. 2012-ci ildən Xızı rayon İcra Hakimiyyətinin başçısıdır. 1988-1990-cı illərdə hərbi xidmətdə olub.
 
Mübariz Əhmədzadə
 
1947-ci il doğumludur. 2009-cu ildən Zaqalata rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Novruz Novruzov
 
1954-cü il doğumludur. 2007-ci ildən Şabran rayon İcra Hakimiyyətinə başçılıq edir. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 
 
Siraqəddin Cabbarov

 
1959-cu il doğumludur. 2008-ci ildən Saatlı rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Elxan Allahverdiyev
 
1960-cı il doğumludur. 2018-ci ildən Binəqədi rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Adil Vəliyev
 
1960-cı il doğumludur. 2012-ci ildən Sabunçu rayon İcra Hakimiyyətinə başçılıq edir. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
 
Rövşən İbrahimov
 
1967-ci il doğumludur. 2018-ci ildən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.
 
Şahmar Usubov
 
1953-cü il doğumludur. 2000-ci ildən Xocalı rayon İcra hakimiyyətinin başçısıdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 
 
Vilyam Hacıyev
 
1957-ci il doğumludur. 2012-ci ildən İmişli rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Aqil Məmmədov
 
1960-cı il doğumludur. 2013-cü ildən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Musa Şəkiliyev
 

1959-cu il doğumludur. 2010-cu ildən Qax rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Adil Məmmədov
 

2011-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Asif Əsgərov
 
1966-cı il doğumludur. 2015-ci ildən Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
İsmayıl Vəliyev
 
1959-cu il doğumludur. 2011-ci ildən Neftçala rayon İcra Hakimiyyəninin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Nazim İsmayılov
 

1952-ci il doğumludur. 2011-ci ildən Sabirabad rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Süleyman Mikayılov
 
1962-ci il doğumludur. 2010-cu ildən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Elxan Usubov
 

1960-cı il doğumludur. 2011-ci ildən Şəki rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Ayaz Əsgərov
 
1964-cü il doğumludur. 2016-cı ildən Yardımlı rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
İlqar Abbasov
 
2005-ci ildən Suraxanı rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Lütvəli Babayev
 
1959-cu il doğumludur. 2007-ci ildən Zərdab rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
 
Gülağa İslamov
 
1948-ci il doğumludur. 1995-ci ildən Xəzər rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.
 
Zəruri qeyd: İcra Hakimiyyətlərinin başçıları haqqında məlumatlar vikipediya bazasından və rayon icra hakimiyyətlərinin rəsmi saytlarından əldə edilib. Məlumatlarda yanlışlıq varsa Qlobal.az-ın elektron poçtuna ünvanlanması xahiş olunur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook