SON XƏBƏR

İcra başçısının xanım jurnalistə atdığı yumruq hansı idman növünə aiddir? - Mütəxəssisdən açıqlama

Aprel 13
12:22 2017
Aprelin 12-də "Sovetski" sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış "Hacı Cavad” məscidinin sökülməsinə etiraz ediblər.
 
Hadisə yerinə gələn Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin bir neçə nümayəndə ilə danışmaq üçün kənara çəkilib. Bu zaman açıqlama almaq istəyən jurnalistlərdən birinə qarşı kobudluq edib. O, çəkiliş aparan xanım jurnalistə əli ilə zərbə vurub.
 
Videoda icra başçısının xanım jurnalistə atdığı zərbəyə baxarkən başçınını əl hərəkətinin cəldliyi xüsusi diqqət çəkir. 
 
Qlobal.az-ın əməkdaşı boks üzrə beynəlxalq turnirlərin qalibi olmuş İsmət Nuriyevdən başçının xanım jurnalistə atdığı əl zərbəsinin konkret hansı idman növünə aid olduğu barədə açıqlama alıb. İsmət Nuriyev bildirib ki, videodakı əl zərbəsi idmanın boks növünə aiddir. Zərbənin adı isə "right straight punch" - "sağ zərbə" adlanır.
 
İdmançı bildirir ki, peşəkar rinqdə bu kimi fəndlərdən artıq istifadə olunmur. 
 
Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin gəncliyində hansı idman növü ilə olmamasını öyrənmək üçün icra hakimiyyətindən açıqlama ala bilmədik.
 
Qeyd edək ki, bu barədə  İbrahim Mehdiyevin Vikipediya səhifəsində də heç bir məlumat qeyd olunmayıb.
 
Qlobal.az
 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook