SON XƏBƏR

İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi (SİYAHI)

Avqust 20
11:27 2019
Ağdaş rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.

Qlobal.az-ın elektron poçtuna göndərilmiş məktubda deyilir:
 
"İbrahimovun Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir. 

Ağdaşlılar prezidentə müraciət edərək Tofiq İbrahimovun əməllərinin araşdırılıb onun barəsində ciddi tədbir görülməsini xahiş ediblər. 

1.Əliyev Fazil Sabir oğlu
2.Qarayev Vüqar Tələt oğlu
3.Bəxtiyarov Elşən Nemət oğlu
4.Quliyeva Bahar Nəsib qızı
5.Kamilov Böyükağa Bilal oğlu
6.Osmanova Gülna Kərəm qızı
7.Nəbiyev Solmaz Xəlil qızı
8.Babayeva Sevil Cümşüd qızı
9.Umudov Böyükxanım Məmməd qəzə
10.Əliyev Həsən Hüseyn oğlu
11.Adıgözəlov Nəriman Mirzə oğlu
12.İbrahimov Seyfi Tehran oğlu 
13. Əliyev Yaqub Məlik oğlu
14.Musayev Mirsəfa Niyazı oğlu
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook