SON XƏBƏR

İcra başçısına etiraz edən şəxs ağzını tikib aclıq aksiyasına başladı - VİDEO

İyun 19
15:04 2019
Laçın rayonunun Vağazin kənd sakini Dünyamalıyev Mirsalam Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin təzyi və təhdidlərinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 
 
Ağzını tikərək aclıq aksiyasına başlayan Mirsalam Dünyamalıyev video çıxış edərək başına gələnləri danışıb:
 
"2011-ci ildə qız qaçırtmaq üstündə məhkum olunmuşam. 2017-ci ilin noyabr ayının 1-də cənab Prezident İlham Əliyev tərəfindən əfv edildim. O zamandan indiyədək işsizəm. Özüm peşə məktəbini bitirmişəm. Dəfələrlə Laçın rayon İcra Hakimiyyətinni başçı aqil Nəzərlinin qəbulunda olub iş istəmişəm. Ancaq Aqil Nəzərli mənə vədlər verərək get-gələ salıb. İş istəmək üçün dəfələrlə qəbuluna getdiyim Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məni həbslə hədələyir"-deyə, şikayətçi bildirir. 
 
Qlobal.az videonu təqdim edir:
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook