SON XƏBƏR

İcra başçısı: "Topum, tüfəngim var ki, Şuşanı alım?"

May 21
12:38 2020
Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni "seçkilər” və qondarma "andiçmə” şousuna münasibət bildirib.

Unikal.org-a açıqlama verən Bayram Səfərov ermənilərin Şuşada "andiçmə” mərasimi keçirməsini pisləyib:

"Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar. Hərə Allahdan, bəndədən qorxmayıb ağlına gələni deyirlər. Hər birimizin dərdi birdir. Qarabağla bağlı Cənab prezidentdən güclü siyasət aparan var?! Ölkə başçısı nə qərar qəbul edirsə, biz şuşalılar da onun fikirlərini dəstəkləyirik. Ali Baş komandan əmr versə ki, torpaqlarımızı işğaldan azad olunması ilə bağlı müharibə edək ora yüyürəcəyik. Döyüş lazımdırsa, döyüş, sülh lazımdırsa, sülh olacaq!".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook