SON XƏBƏR

İcra başçısı qaynanasının adına 196 hektar torpaq yazaraq subsidiya alıb

Fevral 25
22:39 2019
Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb…

Bu barədə Təzadlar.az saytı məlumat yayıb. Sayt yazır ki, Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş.

Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb…

Daha sonra məlumatda bildirilir ki, Tərtərin icra başçı Müstəqim Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanasının adına 196 hektar torpaq yazdırıb subsidiya alıb.

Qlobal.Az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook