SON XƏBƏR

İcra başçısı Prezident Administrasiyasına "zəhmətkeş məktubu" ünvanladır?

Yanvar 12
22:33 2018
Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində Qlobal.az ilginc məlumat əldə edib. 
 
Məlumatda deyilir ki, rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkənin ali instansiyalarına barəsində ünvanlanan şikayətlərdən özünəməxsus "çıxış yolu" tapıb. Rayon sakinlərinin şikayət məktublarının Prezident Administrasiyasını da artıq hövsələdən çıxartdığı deyilir. Qlobal.az-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyevdən şikayətlər daha çox Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə ünvanlanır. Şikayətlərin əsas motivi isə infrastruktur, əsasən də Qaxın kəndarası yollarının bərbad olması ilə bağlıdır. 
 
Musa Şəkiliyevin barəsində ünvanlanan çoxsaylı şikayətlərdən "çıxış yolu" isə olduqca maraqlıdır. Məlumatda iddia olunur ki, icra başçısı rayonun bəzi ziyalılarına, xüsusən də paytaxt Bakıda yaşayan ziyalılara onun Qaxda yaxşı işlər gördüyü üçün Prezident Administrasiyasına təşəkkür məktubları ünvanlamaqlarını xahiş edib.
 
Deyilənə görə Musa Şəkiliyevin bu tapşırığından sonra Prezident Administrasiyasına Qaxlı zəhmətkeşlərin və ziyalıların çoxsaylı təşəkkür məktubları ünvanlanmaqdadır. 
 
Xatırladaq ki, dünən Qax rayonunun Xələftala kənd sakinləri "Sputnik Azərbaycan" saytına yollarının bərbad olması barədə şikayət ünvanlayıblar. Eyni problem rayonun Qımır kəndində də yaşanır. Sayta açıqlama verən kənd sakini Mehman Abdurrahmanov məlum problemlə bağlı rayon icra hakimiyyətinə məlumat verdiyini deyir: "Mən bir dəfə icra başçısından xahiş etdim, o da texnika göndərdi, yolu bir az genişləndirdilər. Amma yol asfaltlanmadığından dizə qədər palçığa batırıq. Yayda bataqlığa dönmüş yoldakı üfunətdən boğuluruq, qışda isə gediş-gəliş xeyli çətinləşir".
  
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook