SON XƏBƏR

İcra başçısı müxalifətçinin qızını alan şəxsi hədələdi – Sensasiya

Aprel 20
13:40 2019
Son dönəmlər prezident İlham Əliyev ölkədə bir çox sahədə islahatlar həyata keçirir. Prezident dəfələrlə rayonlara səfərlər edir, insanlarla görüşür.

Şamaxıda baş verən zəlzələ zamanı da prezident rayona səfərlər edərək, evləri dağılmış insanlarla görüşdü, şəhid ailələrini qəbul etdi. Daha sonra isə siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzaladı.

Lakin təəssüflər olsun ki, ölkə prezidentinin apardığı islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldur.

Məlumata görə, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraaqəddin Cabbarov "Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olur.

Belə ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olurlar.

İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Şamil Hacıbəylinin qızı ilə evlənən oğlanın atasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub.

Saatlı rayon icra hakimiyyəti başçısının etdiyi bu əməl insanlıq adına ləkə ilə yanaşı, ölkə rəhbərliyinə, təmsil etdiyi hakimiyyətə xəyanətdir. Bəlkə də, kimlərinsə sifarişini yerinə yetirməkdir. Xaliq Bahadırın köşə yazarı, Şamil Hacıbəylinin də AXCP rayon şöbəsinin sədri olması və məsələni ictimailəşdirəcəyi nəzərə alındıqda, baş verənlərə qarşı ölkə rəhbərliyinin tənqid hədəfinə çevriləcəyi aşkardır. Bu halda icra hakimiyyətinin nələrə və kimlərə xidmət etməsi aydın görünür.


Yenicag.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook