SON XƏBƏR

İcra başçısı kommunal idarədən hər ay 5000 manat alır?! - İddia

Oktyabr 23
00:52 2017
Manatın ikincidi dəfə devalvasiya uğramasından sonra hökümət vətəndaşların sosial durumunu az da olsa yaxşılaşdırmaq üçün rayonlarda müxtəlif idarə və təşkilatlarda iş yerləri açılması ilə bağlı göstəriş verdi və müəsissələrə dövlət büdcəsindən əlavə vəsait ayrıldı.
 
Qeyd edək ki, birbaşa vətəndaşların sosial rifah hallarının yaxşılaşdırılmasına, insanların maddi problemlərinin minimallaşdırılmasına hesablanmış bu qərar Beyləqan rayonunda da bir çox idarə və müəsissələrdə tətbiq edildi.

Lakin müəyyən bir müddətdən sonra Beyləqanda dövlət maliyyəli idarə və müəssisələrə işçi qəbulu dayandırıldı.

Qlobal.az bu məqamla bağlı ilginc məlumat əldə edib.

Məlumata görə, hökumətin bu qərarı zamanı Beyləqanda fəaliyyət göstərən idarə və müəssisələrə işçi qəbulu əslində formal aparılıb. Burada xüsusən Beyləqan rayon Komunal Müəssisələr Kombinatının adı çəkilir.

Komunal Müəssisələr Kombinatında hazırda işçilərin əksəriyyətinin adı var özü yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Müəssisənin müdiri Arzu Bəndəliyev məclislərdə deyir ki, Vaqif Abdullayev (Beyləqan RİH-nin başçısı-red) məni bezdirib. İdarəyə 50-yə yaxın işçinin adını yazdırtdırıb, hər ay 6-7 min manatı qoyur cibinə və deyir ki, bu mənə "yuxarıların” "hədiyyə”sidir.

Beyləqanda baş verən bu maxinasiya təkcə kommunal idarə ilə bitmir, üst-üstə 4-5 idarədə də belə "ölü canlar" mövcuddur və ümumi sayı 100-qədərdi.

Məlumata görə Vaqif Abdullayev hər ay bu idarələrdə "adı olub özü olmayan" işçilərin sayəsində 10-15 min manat pul əldə edir.

Arzu Bəndəliyevin qol qoyduğu digər maxinasiyalardan biri isə STAR 17 MMC ilə tender məsələsidir. Belə ki, Beyləqan rayon Komunal Müəssisələr Kombinatına Fəhlələr üçün xüsusi geyim formaları, təsərrüfat malları, digər maşın və avadanlıqların satın alınması üçün keçirilən 27643 manatlıq tender eslində formal olub.

Burada göstərilən mal-materialların, avadanlıqların çox cüzi hissəsi alınıb. Yerdə qalan pul isə Arzu Bəndəliyev  ilə Vaqif Abdullayev arasında bölüşdürülüb. 
 
Qarşı tərəf də münasibət bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook