SON XƏBƏR

İcra başçısı biznesini Türkiyəyə köçürür?!- ŞOK İDDİA

Noyabr 17
00:33 2016
Azərbaycanda əksər məmurların şəxsi bizneslərinin olduqları hamıya aydındır. Bu barədə illərdir ki, yerli mətbuatda faktlarla zəngin məlumatlar tirajlanmaqdadır. Məmurların biznes fəaliyyətləri ilə məşğul olmaları ölkə qanunvericiliyi ilə qadağan olunduğundan həmin məmurlar bizneslərini yaxın ətraflarının, qohum - əqrabalarının, bəzi hallarda isə ailə üzvlərinin adlarına rəsmləşdirir və sahib olduqları hüquqi resursların hesabına kapitallarını daha da zənginləşdirirlər.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, siyasi vəzifə daşımağına baxmayaraq çoxşaxəli biznesi olan məmurlardan biri də Cəlilabad RİH-nin başçısı Əziz Əzizovdur. Ancaq Əziz Əzizov da digər məmurlar kimi biznesinin idarəetməsini yaxın qohumunun - Pərvin Əliyev adlı şəxsin nəzarətinə verib.
 
Əldə etdiyimiz məlumatda iddia olunur ki, Pərvin Əliyev uzun illərdən bəridir ki, Əziz Əzizovun müxtəlif maxinasiyalarla dövlət büdcəsindən mənimsədiyi böyük həcmdə olan vəsaitləri tikinti sektoruna yatırmaqdadır. Bu məqsədlə də Bakının müxtəlif yerlərində, xüsusən də Abşeron rayonunun Xırdalan şəhərində bir neçə yaşayış binası inşa edərək satmışdır.
 
Məlumatda daha sonra vurğulanır ki, xeyli müddət tikinti biznesi ilə məşğul olduqdan sonra şirkətin mühasibat sənədlərini incələyən Əziz Əzizov ticarətin bu sektorunda qazancın sürətlə zəiflədiyini hiss etdiyindən biznesin profilini dəyişərək marketlər şəbəkəsi yaratmışdır. Hal-hazırda paytaxtın bir çox ərazilərində və eləcə də Xırdalan şəhərində yerləşən "Makromart” univermağında Əziz Əzizovun payı olduğu deyilir.
 
Əziz Əzizovla bağlı saytımızın əldə etdiyi digər bir məlumatda isə icra başçısının biznesini ilin sonunadək qardaş Türkiyəyə transfer edəcəyi bildirilir. Artıq RİH başçısının adamları bu istiqamətdə hərəkətə keçiblər. Məlumata görə, Türkiyənin İstanbul şəhərinin bəzi rayon bələdiyyələri ilə görüşlər keçirən Əzizovun "komandası” burada trikotaj fabriki yaratmaq istəyirlər.
 
Xatırladaq ki, Əziz Əzizov 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.
 
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.
 
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur.
 
Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Qarşı tərəf də məsələyə münasibət sərgiləyə bilər.
 
Qlobal.az
 
 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook